MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 18 oktyabr - Müstəqilliyin bərpası günü, o cümlədən dövlətçilik tariximizlə bağlı mühazirə dedim

10:00 15.10.2021



Bu gün BDU hüquq fakültəsinin dekanı Əmir müəllimin dəvəti ilə tələbələrə qarşıdan gələn 18 oktyabr - Müstəqilliyin bərpası günü, o cümlədən dövlətçilik tariximizlə bağlı mühazirə dedim.
10 il bundan əvvəl məzun kimi çıxdığım bu ali tədris ocağına ilk dəfə qayıtdım. Müəllimlərimlə görüşdüm. Başa düşdüm ki, mənim də hüquq fakültəsinə mənəvi borcum var. Söz verdim ki, fakültənin kitabxanasının müasir standartlarda bərpası və hüquq ədəbiyyatın artırılması istiqamətində çalışacağam. Bundan sonra da bu cür görüşlərimiz daimi olacaq.